BQXK Qarabağ müharibəsində itkin düşənlərin sayını açıqlayıb

2021/10/91172-1634105603.jpg
Oxunub: 810     16:55     27 Yanvar 2022    
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İkinci Qarabağ müharibəsində itkin düşən şəxslərin ümumi sayını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə BQXK-nın saytında məlumat verilib.

“2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi nəticəsində hələ də itkin düşənlərin sayı 300-ə yaxındır. 2020-ci ilin noyabrında atəşkəs sazişi imzalanandan bəri 1700-dən çox insanın meyiti tapılıb və onların şəxsiyyətinin müəyyən edilərək ailələrinə qaytarılması prosesinə başlanılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi Rusiya sülhməramlıları ilə birlikdə insan qalıqlarının tapılması üçün 360-a yaxın əməliyyata şərait yaradıb və yerli xilasetmə qruplarına köməklik göstərib. Şərait həmişə son dərəcə təhlükəlidir, çünki ərazi minalar və partlamamış hərbi sursatlarla doludur və üstəlik, qışda görünmə demək olar ki, sıfıra enir”, - BQXK-nın nümayəndəsi Kristofer Poul bildirib.

O diqqətə çatdırıb ki, 2020-ci ilin noyabr eskalasiyası nəticəsində itkin düşən yüzlərlə insanla yanaşı, 1990-cı illərdən bəri davam edən münaqişə nəticəsində itkin düşənlərin sayı 4500-dən çoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQXK   Qarabağ  


Bizi "telegram"da izləyin