Rusiya XİN başçısı Çinə səfər edəcək

2021/12/15980-1640600206.jpg
Oxunub: 599     16:50     27 Yanvar 2022    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 3-də Çinə səfər edəcək.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və nəşriyyatı direktorunun müavini Aleksey Zaysev bildirib.

Məlumata görə, o, Çinin xarici işlər naziri Van İ ilə görüşəcək. S.Lavrov çinli həmkarı ilə Rusiya və Çin liderlərinin Zirvə toplantısına hazırlığı müzakirə edəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 4-də Pekinə səfəri planlaşdırılıb. O, Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılışı mərasiminə qatılacaq, Çin lideri Si Cinpinlə görüşəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin