Ordu.az “Shamshyan.com”a istinadən xəbər verir ki, saat 01:30 radələrində Tavus sakini, 45 yaşlı A. Qriqorun idarə etdiyi “İsuzu” markalı avtomobil Ayqepar-Movses avtomobil yolunun 2-ci km-də, qəbiristanlığın yaxınlığında hərəkət zolağından çıxaraq, təxminən 100 metr aralıdakı dərəyə yuvarlanıb.
Qəzada Tavus sakinləri, 34 yaşlı Ş. Karen, 25 yaşlı P. Harutyun, sürücü A. Qriqor müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 31 yaşlı Ş. Vahaqn xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, ölən şəxs Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin Berd şöbəsində işləyib.
Alpər Mövludoğlu
Ordu.az