Kreml: ABŞ və NATO-nun Rusiyanın narahatlıqlarını nəzərə almadıqları anlaşılır

2021/09/61374-1631095618.jpg
Oxunub: 499     14:52     27 Yanvar 2022    
"Bizə verilən yazılı cavablarda mülahizə və narahatlıqlarımızın nəzərə alındığını söyləmək olmaz".

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Dünən siz həm dövlət katibinin, həm də cənab Stoltenberqin bəyanatını eşitdiniz. Burada onlar tamamilə birmənalı olaraq Rusiya Federasiyasının ifadə etdiyi əsas narahatlıqların rədd edilməsi barədə danışdılar. Təbii ki, səbəblər çoxdur, amma bir şey göz qabağındadır, lakin mən hələ də hər hansı konseptual qiymətləndirmədən çəkinərdim", - deyib.


Peskov qeyd edib ki, Blinken və Stoltenberqin açıqlamlarından ABŞ və NATO-nun Rusiyanın narahatlıqlarını nəzərə almadıqları və buna hazır olmadıqlarını anlaşılır.

"Bilirsiniz ki, bizim Vaşinqton və Brüsseldəki həmkarlarımız fikirlərini ifadə ediblər və bildiriblər ki, bu cavab sənədləri dərc olunmamalıdır, ancaq prinsipcə bu sənədlərin məzmunu artıq hamıya məlumdur”, - deyə Peskov vurğulayıb.

O, kompromis imkanı varmı sualına “Hələ heç bir qiymət verməyəcəyəm”, - deyə cavab verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO  


Bizi "telegram"da izləyin