Bununla belə, şübhəsiz ki, namizəd kim olursa-olsun, o kriteriyalara nə qədər uyğun gəlirsə gəlsin, nə qədər siyasi baxımdan neytral olursa-olsun, yenə də Ermənistandakı son dərəcə qütbləşmiş siyasi atmosferin yeni qurbanı olacaq.
Ermənistanda istənilən yeni prezidentin əsl birləşdirici amil ola biləcəyinə, ictimai həmrəylik yaradacağına, tolerantlıq mühitinin yaradılmasına kömək edəcəyinə dair əsaslı şübhələr var. Ermənistanda siyasi inkar və ifrat qütbləşmə, siyasi və hətta insani dözümsüzlük o dərəcədə formalaşıb ki, prezidentdən asılı olmayaraq istənilən fiqur bu çətinliyin öhdəsindən gələcək və vəziyyəti dəyişdirə biləcək gücdə deyil.
Buna görə də Ermənistanda prezidentliyə yeni namizəddən əhəmiyyətli bir şey gözləməyə ehtiyac yoxdur. Təbii ki, bu o demək deyil ki, rəqib ölkənin yeni prezidentliyə namizədinin kim olması, onun necə görünməsi, regionda qəbul edilib-edilməməsi maraqlı deyil.
Bu şəxsin Ermənistanın daxili ictimai-siyasi həyatında aktiv rol oynaması mümkündür. Sadəcə olaraq ermənilərin əlavə illüziyalara qapılması faydasızdır.
Aqil Məmmədov
Ordu.az