Həmin şəxs Paşinyanın həmin vəzifədə kölgəsinə çevriləcək “tikilmiş” fiqur olmalıdır.
Hazırda erməni mətbuatında Edmon Marukyan və Vazgen Sarkisyanın qardaşı Aram Zaveniçin namizədliyi müzakirə edilir. Amma onlar Paşinyanın kriteriyalarına uyğun gəlməyə bilər.
Marukyanın fikirləri bir neçə dəfə Paşinyanla toqquşub. Birincisi, 2018-ci ilin aprelində o, Çiçəklənən Ermənistan hərəkata qoşulsa da, Paşinyana qoşulmaqdan açıq şəkildə imtina etdi. Edmon öz oyunları ilə onu çox qıcıqlandırıb, hətta buna görə “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikaelyandan “ata silləsi” də alıb.
Aram Zaveniçə gəlincə, o, istərdi ki, özünü Paşinyanın “cibindəki” fiqur hesab etsin. Ancaq burada da bəzi məsələlər var. Birincisi, anti-Rusiya xarakterli fiqura çevrilib, onu bu vəzifəyə təyin etməklə Paşinyan Putinə ciddi mesaj göndərə bilər.
Paşinyan bütün bunları gözardı edə bilməz, o baxımdan Zaveniçin namizədliyi üzərində ciddi düşünəcək.
Aqil Məmmədov
Ordu.az