“Global Firepower”: Azərbaycan ordusu 63-cü, Ermənistan ordusu 97-ci yerdədir

2021/01/4433-1610961852.jpg
Oxunub: 1524     14:11     27 Yanvar 2022    
Dünyaca məşhur “Global Firepower” reytinqi 2021-ci il üçün ölkələrin hərbi güclərinin sıralamasını yayımlayıb.

Ordu.az xəbər verir ki, Azərbaycan bu siyahıda 138 ölkə arasında 63-cü yerdədir.

Azərbaycan ordusu Xorvatiya və Qazaxıstannın arasında yer alıb.

Ermənistan bu siyahıda İrlandiya (96) və Bəhreyn (98) orduları arasında 97-ci yerdədir.

“Global Firepower” indeksi 50-dən çox müxtəlif göstəriciləri birləşdirir. Ordunun böyüklüyü, tankların, gəmilərin, təyyarələrin və digər hərbi texnikanın sayı ilə yanaşı, ordunun maliyyələşdirmə səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu, neft məhsullarının mövcudluğu və ordunun döyüş effektivliyinə təsir edən digər amillər nəzərə alınır. İndeksdə nüvə silahı amili də nəzərə alınmır.

Qeyd edək ki, 2022-ci ilin reytinqinə ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya başçılıq edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin