Erməni ictimai xadim: “Ay axmaqlar, siz necə 2 saatda 2 ədəd helikopteri reklam etdiniz?”

2022/01/timth-1643278961.jpg
Oxunub: 1043     10:13     29 Yanvar 2022    
“Çörçill “Generallar həmişə öncəki müharibəyə hazırlaşırlar” deyəndə bilmirdi ki, müstəqil Ermənistan dövləti olacaq, 2022-ci il gələcək və bu Ermənistan dövlətində cəmi 1,5 il əvvəl məcburi məğlubiyyətə aparılmış, ordusunun silahlanmasının böyük bir hissəsini itirmiş bütöv bir xalq bir neçə Mi-8 helikopterinin alınmasına sevinəcək və bütöv bir generalitet baş qərargah rəisi ilə birlikdə ayağa qalxıb helikopterlərin təhvil-təslim mərasiminə ciddi sima ilə baxacaq”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni ictimai xadim Aram Gevorqyan yazıb.

“Əminəm ki, sadəcə olaraq UAZ-ların təhvil-təslim mərasimi olsaydı, yenə o üzlə dayanacaqdılar. Nə qədər ağrılı olsa da, Çörçill real şeyi deyirdi: müharibə olub, sən bu müharibədə öz səhvlərini və zəif yerlərini görmüsən. Müharibə bitdikdən sonra sən onları düzəltməyə, boşluqları doldurmağa və nəticələri bir araya gətirməyə çalışacaqsan və beləliklə, əvvəlkinin səhvləri əsasında növbəti müharibəyə hazırlaşacaqsan. Gələcəkdə səni nə gözlədiyini bilmirsən, amma heç olmasa bunun səhvləri düzəldilməlidir. Ay axmaqlar, Serj “İsgəndər”i və “Smerç”ləri Ermənistana gətirdi, bu qədər reklam etmədi, siz necə 2 saatda 2 ədəd helikopteri reklam etdiniz?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Helikopter  


Bizi "telegram"da izləyin