İtkin düşmüş erməni hərbçinin həyat yoldaşı: “Onun kimlər tərəfindən öldürdüyünü bilmirəm”

2021/09/46317-1631188309.jpg
Oxunub: 1382     17:59     27 Yanvar 2022    
İki aydan artıqdır itkin düşən müqaviləli erməni hərbi qulluqçu Vahe Manukyanın həyat yoldaşı Liana Meliksetyanın bu günə kimi onun haqqında heç bir məlumatı yoxdur.

Ordu.az xəbər verir ki, Liana həyat yoldaşının 2021-ci il noyabrın 12-də itkin düşdüyünü bildirib.

Onun sözlərinə görə, Manukyan və onunla birlikdə xidmət edən yoldaşı 44 günlük müharibənin iştirakçıları olub.

“Müharibə zamanı ayaq nayihəsindən zədə almış yoldaşı o gün Vahedən yuxarıdakı mövqedən onun əşyalarını endirməyi xahiş etmişdi. Vahe imtina etməyib və dostunun əşyalarını gətirməyə gedib. Həmin vaxt həyat yoldaşım mənimlə telefonla danışırdı, ona görə də nə baş verdiyini müəyyən qədər bilirəm. Bu müddət ərzində qeyri-adi bir şey görmədim. Vahe oğlumla danışmaq istəyirdi, amma uşaq çöldə oynayırdı. Telefonu söndürdüm, iki dəqiqə sonra oğlumla danışmaq üçün yenidən zəng edəndə həyat yoldaşımın telefonu artıq söndürülmüşdü”, - deyə Liana qeyd edib.

O bildirib ki, Vahe Manukyan ya əsir düşüb, ya da öldürülüb: “Həyat yoldaşım iynə deyildi ki, yoldan itsin. Fikrimcə, o, əsir düşüb, çünki onlar Azərbaycan mövqelərinə yaxın idilər. Ya da həyat yoldaşımın kimlər tərəfindən öldürdüyünü bilmirəm. Həyat yoldaşımın yanında olmuş iki it mövqelərə qayıtsa da, yoldaşım qayıtmayıb. Onun telefonu və əlində olan əşyalar da yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İtkilər  


Bizi "telegram"da izləyin