“Joğovurd”: Ermənistanın maraqlarının müdafiəsi üçün 4 milyon dollar

2022/01/sdsf-1643278563.jpg
Oxunub: 591     12:43     28 Yanvar 2022    
Ermənistan hökumətinin ehtiyat fondundan hökumətə 4 milyon dollar ekvivalentində vəsait ayrılacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, bu qədər pul “Beynəlxalq məhkəmələrdə, beynəlxalq arbitrajlarda, başqa beynəlxalq instansiyalarda Emənistanın maraqlarını təmsil etmək və müdafiə etmək, onların qəbul etdiyi hökmlərin və qərarların icrasını təmin etmək” proqramı, “Ermənistanın maraqlarını təmsil və müdafiə etməyə yönəlmiş vəkillik və hüquq xidmətləri” tədbirlərinin maliyyələşdirilməsi çərçivəsində lazımdır, yəni bu pul Ermənistanın xaricdəki maraqlarının müdafiəsinə, xüsusən də Avropa İnsan Haqları Məhkəməsində belə işlərə sərf olunacaq.

Nəşr bildirib ki, müvafiq layihə hökumətin iclasına daxil edilib, lakin məlumat verilmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   4-milyon  


Bizi "telegram"da izləyin