Köhnə qvardiya ilə Paşinyan “restart”ı – Kim hara təyin oluna bilər?

2022/01/pashi-1643098714.jpg
Oxunub: 862     21:30     27 Yanvar 2022    
Qarşıdakı mümkün hadisələr, konstitusiya dəyişiklikləri və hakimiyyət sistemində dəyişikliklər ərəfəsində Nikol Paşinyanın daha da güclənməyə çalışdığı görünür. Buna görə də hakimiyyəti özünə sadiq olanların və öz adamlarının əlində cəmləşdirməklə onları əsas vəzifələrə təyin edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, seçkilərdən sonra Paşinyan Ermənistan parlamentinin sədri vəzifəsinə Alen Simonyanın namizədliyini irəli sürüb, öz sadiq “silahdaş”larından olan Romanos Petrosyanı Dövlət Nəzarəti Xidmətinə göndərib, keçmiş baş müşavir Hakop Simidyanı ətraf mühit naziri, Suren Papikyanı isə müdafiə naziri təyin edib.

Müəllif yazıb ki, bu günlərdə Vətəndaş Müqaviləsi Partiyasının Ermənistan prezidenti vəzifəsinə Baş nazir aparatının rəhbəri Arayik Harutyunyanın namizədliyini irəli sürəcəyi ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, ötən gün Baş nazirin müavini postundan istefa verən Nairi Sarkisyanın aparat rəhbəri olacağı ilə bağlı məlumatlar var.

“Ancaq mənbələrimizə görə, Sarkisyan səfir təyin oluna bilər. Əldə etdiyimiz məlumata görə, Armen Pambuxçyan tezliklə fövqəladə hallar naziri təyin olunacaq. Hakimiyyət daxilində pərdəarxası söhbətlər gedir ki, bu yolla Paşinyan əslində komandanı “yenidən işə salır”, xüsusən də tam etibar etdiyi “köhnə qvardiya” nümayəndələrini ön plana çıxarır. Mənbələrimizə görə, Paşinyan indiki və gözlənilən çöküşlərdən asılı olmayaraq, sözügedən şəxslərin sadiq qalacaqlarına əmindir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin