Paşinyanın koronavirus şousu nəyə hesablanıb?

2022/01/as456-1643278236.jpg
Oxunub: 784     13:08     28 Yanvar 2022    
Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti dəfə koronavirusa yoluxması faktı ötən gün siyasi dairələrdə fəal müzakirə edilib və o, bu məsələdə şübhəli kimi qiymətləndirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Baş nazirin ofisindən bidirildiyi kimi, Paşinyan virusu simptomsuz daşıyırsa, onda sual yaranır ki, o niyə birdən-birə koronavirusa yoluxmasından şübhələndi və testdən keçdi? Məgər Paşinyan heç bir səbəb olmadan testdən keçir və həkimlərə müraciət edir? Versiyaya görə, Paşinyan ya onun üçün arzuolunmaz olan rəsmi tədbirdə iştirakdan yayınır, ya da daha çox ehtimal edilən versiyaya görə, səbəb ordu gününün qeyd olunmasıdır. Yanvarın 28-də İdman-Konsert Kompleksində müharibədən qayıdanların da iştirak edəcəyi tədbir nəzərdə tutulub. Deyilənə görə, Paşinyanın iştirakı ilə təsirli səhnələr hazırlamağa çalışsalar da, iştirakçılar razılaşmayıblar, Paşinyan isə tədbirdə “adi” qaydada, şousuz iştirak etməyi məqsədəuyğun saymayıb”, - deyə nəşr bildirib.

Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan bununla bağlı “Facebook” səhifəsində yazıb: “Amma deyin ki, dahiyanədir. Koronavirusa yoluxub ki, yanvarın 28-də ordu günü tədbirlərində iştirak etməsin. Sadəcə olaraq maraqlıdır, koronavirusa “yoluxmağı” şef İlham Əliyev əmr edib, yoxsa sadəcə məsləhət verib? Koronavirus tapılıb, bəs aprelin 24-də nə edəcəksən?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Koronavirus  


Bizi "telegram"da izləyin