“Silahlı Qüvvələrdə islahatlar prosesi dayandırılıb” - Abrahamyan

2021/09/photo-1632478451.jpg
Oxunub: 668     16:59     27 Yanvar 2022    
“Silahlı Qüvvələrdə islahatlar prosesi dayandırılıb, orduda ciddi dəyişiklik və təftişlər aparılmır”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, Azərbaycan bir sıçrayış qeydə alıb.

“Başlanğıcda Azərbaycan bir sıçrayış qeydə alıb, islahatlar baxımından irəli gedib, Ermənistan üçün ciddi təhlükə yaradıb”, - deyə erməni deputat qeyd edib.

Abrahamyan vurğulayıb ki, bir şeyi yaxşı başa düşmür: “Noyabrın 12-də Naxçıvanla sərhəddə müqaviləli hərbi qulluqçu (Vahe Manukyan) yoxa çıxır. Müdafiə Nazirliyi isə bu barədə heç bir məlumat vermir. Mən bunu Dərələyəzə regional səfərim zamanı öyrəndim və bu, tamamilə təsadüfi bir söhbət idi. Müdafiə Nazirliyinə məktub göndərirəm, ikinci cəhddən sonra bunu təsdiqləyir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin