Ermənistan BQ rəisinin açıqlamaları dövlət sirri ehtiva edir? - İş üzrə komissiya yaradılıb

2019/05/12242-1559131715.jpg
Oxunub: 612     15:59     27 Yanvar 2022    
Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Hakopyanın açıqlamalarından sonra başlanmış cinayət işində yeni məqamlar var.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Məlum olduğu kimi, 2021-ci il mayın 4-də Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Hakopyana Milli Təhlükəsizlik Xidmətində araşdırılan cinayət işi üzrə ittiham irəli sürülüb.

“General-polkovnik Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə dövlət sirrini dərc etməkdə ittiham olunur. İyunun 29-da iş ittiham aktı ilə məhkəməyə göndərilib. Məlumata görə, məhkəmə iclasları bağlı qapılar arxasında keçirilsə də, maraqlı bir hal var. Belə ki, Silahlı Qüvvələrin Baş Qərargahında komissiya yaradılıb, komissiyanın üzvlərini növbə ilə məhkəməyə çağırırlar. Belə bir addımın atılmasına səbəb isə Hakopyanın açıqlamalarında nə qədər dövlət sirri olduğunu həmin rəsmilərdən anlamaq istəmələridir. Qeyd edək ki, general-polkovnik noyabrın 19-da keçirdiyi mətbuat konfransında ordunu ehtiyatda olanlarla komplektləşdirmək əvəzinə könüllülərin cəbhə bölgəsinə göndərildiyini, səhv hərbi texnikanın alındığını iddia edib, eyni zamanda yeni hakimiyyəti silah və hərbi texnikanın inkişafı planlarını dəyişməkdə, operativ dairəni artırmaqda və real döyüşçülərin sayını azaltmaqda ittiham edib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakobyan   Açıqlama  


Bizi "telegram"da izləyin