Ordu.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, mərmilər Yapon dənizi istiqamətində atılıb.
Bu, Şimali Koreyanın bu il həyata keçirdiyi artıq 6-cı buraxılışıdır. İki mərminin sonuncu sınağı yanvarın 25-də baş tutub.
KXDR ordusunun buraxdığı raketlər yaxınmənzillidir. Onlar Xamqyon Namdo əyalətində istehsal olunub. Raketlər Yapon dənizində Yaponiyanın iqtisadi zonasından kənara düşüb.
Ordu.az