Ermənistan ordusunun hərbi qulluqçusu yaralanıb - FOTO

2018/11/46644-1542980698.jpg
Oxunub: 1692     21:17     26 Yanvar 2022    
Göyçədə 28 yaşlı müqaviləli erməni hərbi qulluqçu “Moskviç” markalı avtomobillə tikilinin divarına çırpılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 14:10 radələrində Çəmbərək şəhəri Qardman küçəsində Göyçə sakini 28 yaşlı H.Qriqor idarə etdiyi “Moskviç 2141” markalı avtomobillə hərəkət zolağından çıxaraq tikilinin divarına çırpılıb.

Məlumata görə, qəzadan sonra sürücü H.Qriqor müxtəlif dərəcəli bədən xəsarətləri ilə “Çəmbərək” tibb məntəqəsinə yerləşdirilib.

Sürücünün Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yaralı   Qəza  


Bizi "telegram"da izləyin