Rixard Zorgenin qalıqları Rusiyada dəfn oluna bilər

2022/01/zorge-1643204748.jpg
Oxunub: 1026     16:45     26 Yanvar 2022    
Moskva Yaponiyadan sovet kəşfiyyatçısı Rixard Zorgenin qalıqlarının Rusiyada dəfn olunması məsələsinin həllini gözləyir.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya tərəfi bu məsələnin müsbət həll olunacağını gözləyir.

Qeyd edək ki, 1895-ci ildə Bakıda anadan olmuş Rixard Zorge 1933-cü ildə sovet hərbi kəşfiyyatının tapşırığı ilə Yaponiyada məlumat toplama fəaliyyəti ilə məşğul olub.

O, Almaniyanın SSRİ-yə hücum edəcəyi xəbərini ilk öyrənən şəxslərdən olub.

1941-ci ilin oktyabrında Yaponiya əks-kəşfiyyatı tərəfindən saxlanan R.Zorge 1944-cü ilin noyabrında edam edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yaponiya  


Bizi "telegram"da izləyin