Paşinyan əlavə edib ki, Ermənistan sülh sazişi imzalamağa hazırdır, lakin Minsk Qrupu çərçivəsində danışıqlar aparılmalıdır. Ancaq Prezident İlham Əliyev Bakının həmsədrlərin Qarabağ məsələsi ilə məşğul olmasına mane olacağı ilə bağlı bəyanat səsləndirib.
Paşinyan hökuməti bir tərəfdən ATƏT Minsk qrupunun davam etdirilməsindən danışır, digər tərəfdən isə Azərbaycan ilə anlaşmağa və müqavilə imzalamağa tələsir.
İrəvanda Paşinyan hakimiyyətinin ikiüzlülüyünü başqa necə izah etmək ətrafında düşünürlər: “Digər tərəfdən ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etdirməli olduğunu deyirlərsə, Ermənistan niyə demarkasiya və delimitasiyaya, yaxud Azərbaycanın ərazi bütövlüyünün tanınmasına doğru gedir? ATƏT-in Minsk qrupu nə üzərində işləməyə davam etməlidir? Bütün məsələlərə Paşinyan və Əliyev tərəfindən qərar verilsə, hansı mövzuları müzakirə etməyə davam edəcək?”.
Yeri gəlmişkən, xatırladaq ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərini bərpa etmək üçün Bakı və İrəvandan rəsmi cavab gözləyir.
“Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ilk növbədə, 2020-ci ildən sonra yaranmış regional reallıqları nəzərə almaqla, mandatına uyğun olaraq bu tədbirin davam etdirilməsini dəstəkləyir”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az