ABŞ qəzaya uğrayan F-35 qırıcısının Çinin əlinə keçə biləcəyindən narahatdır

2022/01/60554-1643192527.jpg
Oxunub: 953     14:59     26 Yanvar 2022    
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-35C döyüş təyyarəsi “USS Carl Vinson” aviadaşıyıcısına enən zaman qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bir sıra rəsmilər suya düşən təyyarənin Çinin əlinə keçə biləcəyindən narahatdırlar.

Qəza nəticəsində pilot katapult edib və sağ qalıb. Pilot da daxil olmaqla ümumilikdə 7 nəfər yaralanıb.

7-ci Donanmanın leytenantı Mark Lenqford bildirib ki, qəzanın təfərrüatları hələ də yoxlanılır.

Bu, “Lockheed Martin”in F-35 təyyarəsinin iki aydan çox müddətdə ikinci qəzasıdır. Noyabr ayında Böyük Britaniyanın “HMS Queen Elizabeth” aviadaşıyıcısından qalxan F-35 təyyarəsi Aralıq dənizinə düşüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35  


Bizi "telegram"da izləyin