KİV: İndoneziya “Rafale” qırıcıları almağa qərar verib

2021/09/yunan-1631515622.jpg
Oxunub: 868     15:59     31 Yanvar 2022    
Bir müddət əvvəl xəbər vermişdik ki, İndoneziya Rusiyadan döyüş təyyarələrini almaqdan imtina edib. Ölkənin Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Fadjar Prasetyo bildirib ki, İndoneziya indi ABŞ-ın “Boeing” şirkətinin F-15EX “Eagle II” və Fransanın “Dassault” şirkətinin “Rafale” qırıcılarından birinə qərar verəcək.

İndoneziya 4,5 nəsil orta və ya ağır çəkidə qırıcı axtarır. Prasetyo İndoneziyanın büdcədən asılı olaraq iki və ya üç eskadrilya dəyərində döyüş təyyarəsi istədiyini bildirib.

Ordu.az xəbər verir ki, “Janes” nəşri mənbələrə istinadən İndoneziyanın Fransadan qırıcı almağa qərar verdiyini bildirib.

Nəşr qeyd edir ki, 7 iyun 2021-ci ildə “Dassault Aviation” şirkəti ilə 5,8 milyard avro (6,56 milyard ABŞ dolları) dəyərində preambula müqaviləsi imzalanıb. Qeyd olunur ki, danışıqlar başa çatıb.

İndoneziya Hərbi Hava Qüvvələrinə 36 təyyarənin təhvil verilməsini nəzərdə tutan müqavilə maliyyələşdirmə ilə bağlı məsələ hələlik aydın olmadığı üçün aktiv deyil. Nəşr qeyd edir ki, İndoneziya bu proqramı maliyyələşdirmək üçün xarici kreditor axtarışındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Rafale  


Bizi "telegram"da izləyin