Ukrayna “Neptun” raket komplekslərinin dəniz sınaqlarına başlayıb

2022/01/44a61-1643192326.jpg
Oxunub: 991     19:51     26 Yanvar 2022    
Ukrayna “Neptun” gəmi əleyhinə raket kompleksinin dəniz sınaqlarına başlayıb.

Ordu.az xəbər verir ki, sınaq Luç Dizayn Bürosunun mütəxəssisləri və kompleksin yeni Çexiya istehsalı “Tatra T815” şassisinin inteqrasiyasına cavabdeh olan “Ukrinnmaş” özəl şirkətinin nümayəndələri tərəfindən həyata keçirilir.

Sınaqların təfərrüatları verilmir, tamamlanma vaxtı hələlik bildirilməyib.

Ukrayna Müdafiə Nazirliyi tezliklə RK-360MTs “Neptun” gəmi əleyhinə kompleksinin birinci partiyasını almağı planlaşdırır. Tərtibatçı kompleksi yeni şassiyə yerləşdirib.

RK-360MTs “Neptun” kompleksinin birinci partiyası üçün müqavilə 2020-ci ilin sonunda Ukrayna Müdafiə Nazirliyi tərəfindən imzalanıb. Yeni alınacaq raketlər Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunacaq.

İlkin olaraq “Neptun” kompleksi Ukraynanın “KrAZ” yük maşını bazasında hazırlanıb, lakin sınaqlar zamanı Ukrayna Müdafiə Nazirliyi bir çox çatışmazlıqları aşkar edib və bundan sonra şassinin daha uyğun versiya ilə əvəzlənməsi qərara alınıb. Nəticədə Çexiyanın “Tatra” şassisə quraşdırmaq qərara alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Neptun  


Bizi "telegram"da izləyin