“Hraparak”: Paşinyan Qarabağdakı seperatçıların “proqramını” alt-üst edir

2022/01/sdf78-1643192095.jpg
Oxunub: 924     13:16     27 Yanvar 2022    
“Qondarma qurumun “rəhbər”i Arayik Harutyunyanın “hökumət”i “qeyri-hökumət nümayəndələri” ilə doldurmaq və koalisiya idarəetmə modelini tətbiq etmək planı təhlükə altındadır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, bu yaxınlarda Arayik Harutyunyan və Ermənistan müdafiə naziri Papikyanın toyunda iştirak etmək üçün İrəvana gələn bir qrup “məmur” Ermənistan hökumətinin təşkil etdiyi Qarabağ məsələləri üzrə məsləhətləşmədə iştirak edib və bəzi məlumatlara görə, Paşinyan Arayik Harutyunyana töhmət verib.

Bildirilib ki, Ermənistan Baş naziri onu niyyətindən geri çəkilməyə çağırıb, əks halda ona yaxşı heç nə olmayacağına eyham vurub.

Erməni siyasi xadim Davit Qalstyan nəşrə açıqlamasında qeyd edib ki, Paşinyan günahlarını yumağa və ya bəlkə də ört-basdır etməyə çalışır və pul ayırmaqla Qarabağı təslim etməyi planlaşdırır, amma alınmır.

“Bu gün Qarabağ müharibə zonasıdır, unutmayaq ki, müharibənin və məğlubiyyətin bir nömrəli günahkarı Nikol Paşinyandır. O, indi bunu pulla düzəltməyə, ictimaiyyətdə Qarabağın ehtiyaclarını qarşıladığı, Qarabağı təhvil vermədiyi təəssüratını yaratmağa çalışır. Amma Qarabağda hamı bilir ki, bunu Nikol Paşinyan edib”, - deyə Qalstyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Harutyunyan  


Bizi "telegram"da izləyin