“The California Courier”: Ermənistan üçün daha bir uğursuzluq baş verdi

2022/01/sds1d-1643191994.jpg
Oxunub: 819     15:09     26 Yanvar 2022    
“Bazar günü səhər şokedici, lakin gözlənilməz bir xəbərlə oyandım: Ermənistan prezidenti Armen Sarkisyan dörd ilə yaxın vəzifə tutduqdan sonra xaricdə, çox güman ki, Londonda olarkən istefa verdiyini açıqlayıb”.

Ordu.az xəbər verir ki, bu sözləri “Ermənistan prezidenti istefa verib - Ermənistan üçün daha bir uğursuzluq” başlığı ilə “The California Courier” nəşrində dərc olunan məqaləsində nəşrin redaktoru Harut Sasunyan deyib.

Müəllif qeyd edib ki, Ermənistan prezidentini 30 ildir tanıyır.

“2018-ci ildə, Armen Sarkisyanın namizədliyini tənqid edən hazırkı Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən az əvvəl prezident Serj Sarkisyan parlamentdə özünün hüququi varisi kimi Armen Sarkisyanın namizədliyini təklif etdi. Armen Sarkisyan ona siyasi qərarlar vermək hüququ olmadan protokol rolu verən, dəyişdirilmiş konstitusiya ilə Ermənistanın prezidenti oldu. Onun seçimi var idi: ya Paşinyanın təklif etdiyi təyinatları və parlamentin qəbul etdiyi qanunları təsdiqləmək, ya da bunları Konstitusiya Məhkəməsinə təqdim etmək. Prezident kimi Sarkisyana konstitusiyanın müddəalarına əməl olunmasını təmin etmək tapşırılıb. O, Ermənistanın çox gərgin siyasi ab-havasında, olduqca parçalanmış cəmiyyətdə yumşaq bir şəkildə hərəkət etməli idi. Vəzifəsinin məhdudiyyətlərinə baxmayaraq, o, geniş beynəlxalq siyasi və işgüzar əlaqələrindən Ermənistanla əlaqələri gücləndirmək və xarici investisiyaları təşviq etmək üçün istifadə edib. İşlədiyi müddətdə ondan çox ölkəyə səfər edib, yüksək səviyyəli görüşlər keçirib. Eyni zamanda, Sarkisyan Paşinyan tərəfdarlarının sərt tənqidinə məruz qalıb, onun nüfuzunu və əməllərini ləkələmək fürsətini əldən verməyib. O, müxalif qrupların da hücumuna məruz qalıb. Sui-qəsd nəzəriyyəsinin aşiqi olan, heç bir fakta əsaslanmadan onu Britaniya casusu olmaqda ittiham edən ermənilərin davamlı “nağara” çalması daha az anlaşılan idi. Bu insanlar Britaniyanın artıq böyük dövlət olmadığını unutmuş olmalı idilər”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Uğursuzluq  


Bizi "telegram"da izləyin