Məhv edilmiş erməni hərbçinin anası: “Bunu Suqovuşanda sursat anbarının PUA ilə partladılmasından sonra öyrəndik”

2020/12/4445-3215002810.jpg
Oxunub: 3123     11:55     29 Yanvar 2022    
44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçulardan biri Andranik Harutyunyandır.

Ordu.az xəbər verir ki, Harutyunyan 2017-ci ildə ailəsi ilə birlikdə Rusiyadan qayıdıb.

Məlumata görə, o, 2020-ci ildə Suqovuşanda yerləşən mövqelərdə məhv edilib.

“İlk partlayış səhər saat 07:07-də oldu. İlk baxışdan sanki bu, təlim partlayışı idi, ancaq düşdüyü ərazini gördük. Bu, Suqovuşan idi. Təpəkəndə baxanda Suqovuşan görünür. Belə bir təlim atışı etmək üçün orada yer yox idi, ona görə də bir təhlükə hiss etdim, amma düşündüm ki, bəlkə də səhv edirəm. Artıq ikinci partlayış olanda dedim ki, vəssalam, bu, artıq müharibədir, biz hələ PUA haqqında heç nə bilmirdik, biz bunu “Yeğnikner” alayında, sursat anbarı PUA ilə partladılarkən öyrəndik”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası qeyd edib.

Anası bildirib ki, Andranik oktyabrın 28-də minanın partladığı səngərdə məhv edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   PUA  


Bizi "telegram"da izləyin