“Joğovurd”: Paşinyan son anda öz komandasından kimisə prezident vəzifəsinə təyin edəcək

2021/03/16079-1616954301.jpg
Oxunub: 930     17:51     26 Yanvar 2022    
Ermənistan prezidenti Armen Sarkisyanın istefasından sonra hökumət üzvləri seytnotdadırlar (şahmat termini, düşünmək üçün vaxtın çatışmazlığı - red.), kimin prezidentliyə namizədliyini irəli sürəcəklərinə qərar verə bilmirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, Vətəndaş Müqaviləsi Partiyasının üzvləri çoxdan öz adamları olan prezidentə sahib olmaq və Sarkisyandan qurtulmaq istəmələrinə baxmayaraq, yeni prezidentin “təyin edilməsi”nin onlar üçün böyük problem olacağını təsəvvür etmirdilər.

Nəşrin məlumatına görə, indi həm hakim Vətəndaş Müqaviləsi Partiyası, həm də eyni adlı parlament çoxluğu qarşıda gözlənilən, Nikol Paşinyanın iştirak edəcəyi iclasları gözləyir.

“Hökumətin Dilicanda təxirə salınan iclası yəqin ki, bu həftə sonu baş tutacaq. Yalnız bundan sonra orada olanlar müzakirə aparacaqlar, daha doğrusu,Vətəndaş Müqaviləsi Partiyasının namizədinin kim olduğunu biləcəklər. Məsələ burasındadır ki, Paşinyan prezidentliyə namizədi şəxsən seçib onu komanda yoldaşlarına təqdim edəcək və partiya üzvlərinin namizəd seçimi məsələsinə etiraz etməsi və ya müzakirə aparması mümkün deyil. Hakimiyyət mətbuatın da yazdığı bir neçə prezidentliyə namizədin adını nəzərdən keçirsə də, Paşinyanın son anda öz komandasından birini prezident vəzifəsinə “təyin etməyə” qərar verəcəyi istisna edilmir”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Prezident  


Bizi "telegram"da izləyin