Gürcüstan Ermənistanı Rusiya ilə birləşdirəcək alternativ yolun tikintisinə başlayır

2022/01/sd456-1643191762.jpg
Oxunub: 1321     16:53     26 Yanvar 2022    
Gürcüstanın Regional İnkişaf Nazirliyindən “İnterfaks”a verilən məlumata görə, 23 kilometrlik Kveşeti-Kobi avtomobil yolunun tikintisi aktiv mərhələyə daxil olub.

Ordu.az xəbər verir ki, layihə 9 km uzunluqda və 15 metr endə tunelin, həmçinin beş körpünün tikintisini nəzərdə tutur.

Məlumata görə, əsas tunelin iki kilometrdən çoxu artıq qazılıb. Bu hissənin tikintisi başa çatdıqdan sonra Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi ilboyu fəaliyyət göstərəcək.

Qeyd olunub ki, Kveşeti-Kobi hissəsində yol qar və sürüşmə təhlükəsi səbəbindən ilin təxminən 100 günü bağlı olur. Tikintinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

İşləri Çindən unikal avadanlıqlar tədarük edən “China Railway Bureau Group Co.” şirkəti həyata keçirir. Tikintinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Gürcüstan hökuməti 400 milyon dollarlıq layihənin həyata keçirilməsi üçün Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından kredit götürüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan   Yol  


Bizi "telegram"da izləyin