PUA zərbəsi nəticəsində 17 erməni əsgər necə məhv edilib?

2022/01/IMG_5-1643191751.jpg
Oxunub: 3222     15:20     26 Yanvar 2022    
44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçulardan biri də Artur Xaçatryan olub.

Ordu.az xəbər verir ki, Artur Xaçatryan 2020-ci il oktyabrın 19-da komandiri Veranyanın əmrini yerinə yetirərək “Ural” markalı avtomobilə minən və 5 dəqiqə sonra PUA zərbəsi nəticəsində məhv edilən 17 erməni əsgərdən biri olub.

Məhv edilmiş erməni hərbi qulluqçunun anasının sözlərinə görə, Artur Mehridə qulluq edib, sonra onu məcburi şəkildə Cəbrayıla, daha sonra isə Hadruta aparıblar.

Anası qeyd edib ki, oğlu Horadiz yaxınlığında mühasirədə olub.

“Sonra bölüyün əsgərlərindən biri atası Harutyun Ohanyandan öyrənir ki, uşaqları müşayiət edən adam belə olmayıb, yolu bilməyiblər”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası bildirib.

O vurğulayıb ki, Ohanyan hadisə yerində olub, oğlunun və 16 xidmət yoldaşının PUA tərəfindən necə məhv edildiyini görüb.

“Ohanyan və komandirlərdən biri olan Xoren gördü ki, havada PUA var, hava dumanlı olmayıb, PUA görünən olub. Uşaqlara maşından düşərək dağılışmağı əmr ediblər. Bildiyim qədər özümü müdafiə etməyin yeganə yolu budur. Uşaqlar enib dağılışıblar, amma bu zaman Andranik Veranyan gəlib maşını doldurub davam etmək əmrini verib, guya belə bir əmr verilib. Məhkəmədə o, əvvəlcə PUA-nı gördüyünü inkar etsə də, sonra etiraf etdi, çünki şahidlər var”, - deyə erməni hərbi qulluqçunun anası bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məğlubiyyət   PUA  


Bizi "telegram"da izləyin