Ordu.az xəbər verir ki, bu barədə zərərçəkənin hüquqi varisinin nümayəndəsi Hayarpi Sarkisyan bildirib.
Sarkisyanın sözlərinə görə, cinayət işi üzrə artıq bir neçə müstəntiq dəyişdirilib, prokurorun göstərişi ilə istintaq fəaliyyətləri aparılır, ölümdən sonra məhkəmə-psixiatriya ekspertizası təyin edilib.
Erməni vəkil qeyd edib ki, hələ rəy almasa da, cinayət işində intihar versiyasını irəli sürmək meyli görür.
Xatırladaq ki, erməni hərbi qulluqçu 2019-cu il dekabrın 2-də səhər tezdən ölüb. Artur Acamyanın ölümü ilə bağlı cinayət işi 2,5 ilə yaxındır ki, araşdırılır, lakin onun ölümünün real şəraiti aydınlaşdırılmayıb, prosesi aparan orqan hələlik heç bir şəxsi təqsirləndirilən şəxs qismində cəlb etməyib.
Alpər Mövludoğlu
Ordu.az