“Paşinyan Qarabağdakı sülhməramlıların mandatının uzadılmasında israr etməyə bilər”

2021/10/16-1634289368.jpg
Oxunub: 1031     14:30     26 Yanvar 2022    
“Ermənistanın Baş naziri Nikol Paşinyanın dövründə Qarabağ ən yaxşı halda Rusiya sülhməramlıları üçün məsuliyyət zonası olaraq qalacaq. Amma Paşinyan Rusiya sülhməramlılarının mandatının uzadılmasında israr etməyə bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

Onun sözlərinə görə, Paşinyan Qarabağın (qondarma qurum – red.) Azərbaycandan kənarda “status” alması, qarabağlıların “öz müqəddəratını təyinetmə hüququ”nun gücləndirilməsi üçün heç bir səy göstərməyəcək.

“Bir neçə aydır deyir ki, bu barədə danışırlar. Deyirlər ki, o, əllərini çəkib. Ötən gün Nikol bir daha göstərdi ki, onun siyasətinin məqsədi Qarabağın bir daha heç vaxt “erməni ərazisi” olmayacağına inam yaratmaqdır”, - o qeyd edib.

Aşotyan Paşinyanın Ermənistanın hələ 1991-1992-ci illərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını barədə sözlərini xatırladıb.

Erməni müxalifətçi iddia edib ki, Qarabağ məsələsi heç vaxt ərazi bütövlüyü ilə bağlı olmayıb, guya Ermənistanın heç vaxt Azərbaycana qarşı ambisiyaları olmayıb və bu tezisi Bakı ortaya atıb, indi də Paşinyan eyni şeyi edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Rusiya  


Bizi "telegram"da izləyin