Ermənistan MTX “yararsız raketlər”lə bağlı qərar qəbul edib - Həbslər gözlənilir

2020/11/image-1606208915.jpg
Oxunub: 1015     15:45     26 Yanvar 2022    
Ermənistanda yararsız raketlərin alınması faktı ilə bağlı başlanmış cinayət işində diqqətçəkən irəliləyişlər gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan, sabiq müdafiə naziri Davit Tonoyan, silah tədarükü ilə məşğul olan erməni iş adamı “Patron Davo” ləqəbəli Davit Qalstyan və digərləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaqın sonunu elan edib və məhkəməyə göndərib.

Nəşrə görə, Ermənistan MTX adıçəkilən rəsmilərin işinə xitam verilərək məhkəməyə göndərilməsi barədə qərar qəbul edib.

Bildirilib ki, Ermənistan MTX-də Silahlı Qüvvələrin ehtiyacları üçün sursat tədarükü prosesində sui-istifadə halları və xüsusilə külli miqdarda mənimsəmə faktları üzrə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

“Belə çıxır ki, hələ cinayət işi üzrə diqqətəlayiq inkişaflar və həbslər olacaq”, - deyə “Joğovurd” yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Cinayət-işi  


Bizi "telegram"da izləyin