Səfir: “Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüşlər konstruktiv olub”

2022/01/56756-1643185417.jpg
Oxunub: 777     12:21     26 Yanvar 2022    
Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüşlər konstruktiv olub.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

Səfir təmasların vacib olduğunu, müsbət atmosfer yaratdığını söyləyib.

“Təbii ki, bütün bu proseslər mürəkkəbdir ancaq təmas var və olması vacibdir. Hökumətlər arasında kontaktın olması müsbət atmosfer yaradır. Düşünürəm ki, belə görüşlər, təmaslar optimizm vəd edir”.

Üç ölkənin dini konfessiya rəhbərləri arasında görüşə toxunan M.Boçarnikov deyib ki, belə görüşlər siyasi proseslərə dəstək verir, etimadın yaradılmasına kömək edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səfir   Azərbaycan  


Bizi "telegram"da izləyin