İrlandiya vətəndaşları Ukraynaya səfərdən çəkinməyə çağırıb

2022/01/630_3-1643174081.jpg
Oxunub: 712     12:17     26 Yanvar 2022    
Rusiya-Ukrayna sərhədində davam edən gərginlik fonunda İrlandiya vətəndaşları Ukraynaya lazımsız səfərlərdən çəkinməlidirlər.

Ordu.az xəbər verir ki, bu barədə Doyl Erendə (parlamentin aşağı palatası - Red) çıxışı zamanı İrlandiyanın baş naziri Mişol Martin bildirib.

İrlandiya hökumətinin başçısının sözlərinə görə, hazırda minlərlə rus əsgəri Ukrayna sərhədi yaxınlığında cəmləşib və bu, Dublində narahatlıq yaradır.

Martin həmçinin əlavə edib ki, İrlandiya vəziyyətin dövlətlərin ərazi bütövlüyünə hörmət və demokratiya prinsiplərinə əsaslanacaq diplomatik həll yolunu dəstəkləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrlandiya   Ukrayna  


Bizi "telegram"da izləyin