Ermənistan prezidentinin istefasından qalmaqallı nəticələr - Paşinyanın təyinatı qanunsuzdur?

2021/12/timth-1639392649.jpg
Oxunub: 923     10:40     26 Yanvar 2022    
Ermənistanın ictimai dairələri fəal şəkildə prezident Armen Sarkisyanın gözlənilmədən istefasının səbəblərini və ya motivlərini “tapmağa” çalışırlar. Daxili münasibətlər sahəsindən tutmuş geosiyasi sferaya qədər müxtəlif fərziyyələr irəli sürülür.

Onların arasında Armen Sarkisyanın Ermənistan üçün kifayət qədər riskli və ya təhdid doğuran siyasi inkişafa görə məsuliyyətdən, yaxud siyasi qərara görə məsuliyyətdən yayınması və bu səbəbdən getməsi faktı var.

İrəvanda bəzi ekspertlər deyir ki, əgər doğrudan da danışılan bir səbəb varsa, onu gündəmə gətirməmək, dəqiqləşdirməmək və ictimaiyyəti qeyri-müəyyənlik içində saxlamaq Ermənistana qarşı alçaldılma demək olacaq.

Armen Sarkisyan vəzifəyə başlamazdan əvvəl Ermənistan və erməni cəmiyyəti üçün önəmli fiqur olub, təbii ki, prezidentliyi dövründə də, prezidentlikdən gedəndən sonra da önəmli olacaq.

Bu əhəmiyyət müxtəlif yollarla reallaşacaq, müxtəlif şəkildə ifadə olunacaq və ya ifadə edilməyəcək, lakin bu əhəmiyyət qaçılmazdır. Ona görə də Armen Sarkisyan indi hər bir keçmiş prezident kimi Ermənistan qarşısında ömürlük məsuliyyət daşıyır.

Sarkisyanın sözlərinə görə, 2013-cü ildə Böyük Britaniyaya səfir təyin olunmazdan əvvəl o, vəkilinə Sent Kits və Nevis pasportunu dövlətə qaytarmağı tapşırıb.

2017-ci ildə ona Ermənistan prezidenti olmaq təklif olunanda yuxarıda qeyd olunan tapşırığın yerinə yetirilmədiyini öyrənib. Məlum olub ki, Sarkisyanın vətəndaşlığı ilə məşğul olmalı olan şəxs ölüb. Bundan sonra Sarkisyan mərhumun eyni şirkətdə işləyən oğluna məktub yazıb, vəziyyəti izah edib və xahişini təkrarlayıb.

Armen Sarkisyan 2018-ci ilin martında prezident seçilməsinə az qalmış Sent-Kits və Nevisdə vətəndaşlıqdan imtina ilə bağlı rəsmi prosesə başlayıb.

Belə olan halda, Ermənistan konstitusiyasına görə, o, prezident seçilə bilməzdi. Onun imzaladığı bütün fərmanlar, o cümlədən qanunlar, məmur təyinatları, seçkilər, hətta Paşinyanın təyinatı da qanunsuzdur.

Hazırda Armen Sarkisyanın Ermənistana qayıtmaq ehtimalı azdır, çünki o, saxta sənəd hazırladığına görə məsuliyyətə cəlb oluna bilər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin