Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni siyasi xadim Anjela Nalbandyan yazıb.
“Bütün bunların fonunda ombudsman vəzifəsinə namizədin “Ermənistanda siyasi məhbuslar yoxdur” bəyanatı dəhşətli gülüşə səbəb olur”, - deyə o qeyd edib.
Erməni hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanda baş tutmuş ombudsman seçkisinə toxunaraq qeyd edib: “Bu gün Ermənistanın yeni, sayca 5-ci ombudsmanı təyin edildi, bağışlayın, “seçildi”. Qanuna görə, hüquq müdafiəçisi deputatların ən azı beşdə üç səs çoxluğu ilə seçilir. Heç bir real demokratiyada hakim partiyanın parlamentdə bu qədər səs toplaması mümkün deyil”.
Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan isə “Facebook” səhifəsində, Ermənistan qanununa əsasən cəmiyyətdə yüksək nüfuzu olan hər kəsin ombudsman seçilə biləcəyini bildirib.
“Arman Tatoyanın sözlərinə görə, “Vətəndaş Müqaviləsi” Partiyası tərəfindən ombudsman vəzifəsinə irəli sürülən, ictimaiyyətə məlum olmayan şəxs Ermənistanda yüksək ictimai nüfuza malikdirsə, deməli Nikol ən azı bütün Şərq və Qərb xalqlarının sitayiş etməyə borclu olduğu dünya super ulduzudur. Təsəvvür edirəm Nikolun “soyqırımı” siyasətinin əsiri olan daha bir özbaşına hüquqşünas pozulmuş insan hüquq və azadlıqlarını necə ört-basdır edəcək. Ermənistanda demokratiya məhz demokratiya “döyüşçüləri”nin əlləri ilə öldürülüb”.
Alpər Mövludoğlu
Ordu.az