Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Qeyd olunub ki, Ermənistan hakimiyyəti daxilində hələ ötən ildən baş prokuror əvəzedicisi axtarılır.
“Bu xəbərlə yanaşı, prokuror Davtyanın Rusiya Federasiyasına vətəndaşlıq üçün müraciət etməsi barədə məlumat aldıq. İnanılmaz görünürdü, buna görə də “Joğovurd” qəzeti hələ 2021-ci il noyabrın 9-da Ermənistan baş prokuroru Artur Davtyana iki məsələ üzrə sorğu göndərmişdi: 1) Ermənistan baş prokuroru Rusiya vətəndaşlığı üçün Rusiya Federasiyası hökumətinə müraciət edibmi? 2) Rusiya dövlət strukturlarına müraciət etdikdən sonra hansı cavab alınıb? Lakin hələlik onun ərizəsinin rədd edilib-edilmədiyi barədə cavab almamışıq. Əldə edilən digər məlumata görə, Artur Davtyan Ermənistanda qalmaq niyyətindədir, çünki başqa ölkədə işləri nizamlamaq alınmayıb. Öyrəndik ki, Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətlərinin birində prokuror Artur Davtyan onu İrəvan Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı təyin etməyi təklif edib. Prokurorun gələcək taleyi ilə bağlı hansı qərarın verildiyini prokurorluqdan öyrənməyə çalışdıq. Baş Prokurorluqdan sorğumuza cavab olaraq bildirdilər: “Şərh edəcək heç nə yoxdur, bunun mütləq reallıqla heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, belə bir söhbət olmayıb””, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az