Küveytin “Eurofighter” qırıcılarının alınması ilə bağlı korrupsiya işində iki nəfər həbs edilib

2022/01/DMK6K-1643104977.jpg
Oxunub: 845     17:06     26 Yanvar 2022    
Küveyt hökuməti “Eurofighter” qırıcılarının alınmasında şişirdilmiş qiyməti ilə bağlı araşdırmadan sonra iki yüksək rütbəli hərbi qulluqçunu mühakimə olunmaq üçün məhkəməyə təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.

Korrpusiya işinə görə Küveyt ordusunda xidmət edən general-mayor və polkovnik həbs edilib.

Küveyt 2016-cı ildə təxminən 8,7 milyard dollar dəyərində müqavilə əsasında Avropa şirkətləri konsorsiumu tərəfindən hazırlanmış 28 ədəd “Eurofighter Typhoon” təyyarəsi sifariş edib. İlk iki təyyarə keçən ay Küveytin Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Küveyt Parlamenti, Müdafiə Nazirliyi ilə “Leonardo” şirkəti arasında imzalanan müqaviləyə əsasən satın alınacaq “Eurofighter Typhoon” döyüş təyyarələrinin qiymətinin olduqca baha olması səbəbindən araşdırmaya başlamışdı. Parlament Qətərin 6,25 milyard dollara 24 ədəd, Səudiyyə Ərəbistanının 8,86 milyard dollara 24 ədəd, Omanın isə 2,24 milyard dollara 24 ədəd “Typhoon” aldığını bildirib. Küveyt Müdafiə Nazirliyi isə 28 ədəd (6 cüt, 22 tək oturacaqlı) döyüş təyyarələri üçün təxminən 9 milyard ABŞ dolları ödəyib.

Küveyt üçün istehsal ediləcək 28 təyyarənin indiyə qədər istehsal edilən ən yüksək qiymətli “Eurofighter Typhoon” olması gözlənilir. Təyyarələrdə “hava-hava” raketi olaraq AIM-120C7 AMRAAM, “Meteor” və IRIS-T istifadə ediləcək, MK-80 seriyalı (MK-82, MK-83 və MK-84) ümumi təyinatlı bombalar və GBU-31 JDAM tipli ağıllı bombalar da qırıcının silahlanmasında yer alacaq. Təyyarə “Captor-E” adlı AESA radarı və “Snayper” hədəf nişanalma cihazı ilə təchiz ediləcək.

Küveytin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin sövdələşmə ilə bağlı araşdırmaları göstərib ki, ordu zabitləri istehsalçıya əsas müqavilədə razılaşdırılmış ümumi dəyəri keçən şişirdilmiş əskinaslar verməklə dövlət əmlakına ciddi ziyan vurublar.

Bu, Küveyt ordusuna kölgə salan ilk qalmaqal deyil. Küveytin hərbi yardım fondundan təxminən 800 milyon dollar mənimsənilməsi iki il əvvəl hökuməti istefaya məcbur edib. Keçmiş baş nazir və müdafiə naziri həbs edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   Qırıcı   Həbs  


Bizi "telegram"da izləyin