Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Müqavilənin dəyəri 1 milyard dollardır. Şirkət ABŞ Ordusunun xüsusi təyinatlı qüvvələrinin fəaliyyət göstərdiyi yerdə antidron imkanlarını inkişaf etdirəcək.
“Anduril” şirkəti antidron əməliyyatları üçün “Lattice” əməliyyat sistemi, “Sentry” qüllələri, “Anvil” kiçik PUA-ları inkişaf etdirib. Şirkətə görə, hazırladıqları sistem eşalonlu müdafiə üçün uyğundur.
“Lattice” sistemi döyüş meydanının kənarındakı hədəflərin avtonom aşkarlanması, təsnifatı və izlənilməsini təmin edə bilir və istifadəçiləri aşkar edilmiş təhlükələr barədə xəbərdar edir. O, həmçinin istifadəçilərə təhdidləri məhv etmək üçün həll yolları təklif edir.
“Sentry” qülləsi təhdidləri aşkar etmək, müəyyən etmək və izləmək üçün maşın öyrənmə alqoritmləri vasitəsilə məlumatları emal edə bilən radar və optik sensorlardan ibarətdir.
“Anduril” işi həm kontinental ABŞ daxilində, həm də onun hüdudlarından kənarda yerinə yetirəcək. Müqavilənin 2032-ci il yanvarın 19-da başa çatdırılması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az