“Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır” - Paşinyan

2021/12/timth-1639392649.jpg
Oxunub: 1902     21:36     24 Yanvar 2022    
Rəsmi Yerevan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir.

Ordu.az xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukdakı səhifəsində onlayn keçirilən mətbuat konfransında bildirib.

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu, bir sual və danışıqların nəticəsidir. Ermənistan bunlara hazırdır və biz bunu dəfələrlə bildirmişik”.

Ermənistan Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, Yerevanın demarkasiya və delimitasiya üçün ilkin şərtləri yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sülh-müqaviləsi  


Bizi "telegram"da izləyin