KİV: ABŞ Qərbi Avropadakı qoşunlarının bir hissəsini Şərqi Avropaya köçürəcək

2019/06/US-Uk-1561526830.jpg
Oxunub: 757     21:02     24 Yanvar 2022    
ABŞ Qərbi Avropada yerləşdirdiyi qoşunlarının bir hissəsinin qarşıdakı həftələrdə Şərqi Avropaya köçürülməsini nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters”ə anonimlik şərti ilə NATO rəsmisi məlumat verib.

Mənbə Prezident Co Baydenin ABŞ qoşunlarını Baltikyanı və Şərqi Avropadakı müttəfiq ölkələrə göndərilməsini nəzərdən keçirməsi barədə “New York Times”ın yaydığı xəbərləri təsdiqləyib.

Həmçinin qeyd olunub ki, qoşunların potensial hərəkəti tədricən baş tuta bilər və şərq cinahındakı istənilən NATO boşluğu qarşıdakı həftələrdə doldurula bilər.

Xəbərdə qərarın Ukrayna ilə Rusiya arasında gərginliyin artması fonunda nəzərdən keçirildiyi qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin