Ermənistan AES-in keçmiş direktoru: “AES üçün düzgün blok seçmək barədə düşünmək lazımdır”

2022/01/99-22-1643020693.jpg
Oxunub: 623     19:37     27 Yanvar 2022    
“Bu hissədə yerində inkişaf etdirmək üçün çox yaxşı mədən sənayemiz var, əlbəttə ki, bizə istilik, elektrik enerjisi lazımdır. Ona görə də mərkəzi atom elektrik stansiyası tikilir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan AES-in keçmiş direktoru Suren Azatyan bildirib.

Onun sözlərinə görə, bu məsələlər telefon danışıqları ilə həll olunmur, yeni AES-in tikintisi ilə bağlı direktorluq yaradılmalı, bu direktorluq əvvəldən başlamalı, iqtisadi əsaslandırmalarına, nə dərəcədə sərfəli olduğuna və yerli seçim məsələsinə baxılmalı, ondan sonra layihə hazırlanmalıdır.

“İndi AES-in tikintisinə dəyər olub-olmadığını soruşmaq vacib deyil, düzgün blok seçmək barədə düşünmək lazımdır. Məsələ burasındadır ki, yeni enerji blokunun tikintisi nə qədər kiçik olsa da, bir neçə il çəkəcək və bu müddət ərzində enerji blokunun tikintisi sahəsində texnologiyalar çox sürətlə inkişaf edir. Və elə olmamalıdır ki, biz tikməmişdən əvvəl artıq köhnəlmiş olsun. Bunun üçün çoxvektorlu məsələlərin həlli tələb olunur. İndi mənim hidrogen istehsalı zavodlarının tikintisi üçün çox konkret planım var. Ermənistan üzvi yanacağa - neft, qaz və sair kimi şeylərə sahib olmadığı üçün biz qaz idxal edirik. Təsəvvür edirsiniz ki, biz yanacağın 96 faizini istilik elektrik stansiyalarımızdan idxal edirik? Bu, bizim evimizi dağıdır. Ən vacib göstəricilərdən biri olan səmərəlilik əmsalı fəaliyyətdə olan stansiyamızda çox aşağıdır, 30% çərçivəsindədir”, - deyə Azatyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES  


Bizi "telegram"da izləyin