“Paşinyanın təbirincə desəm, Rusiyaya gedərək “ayaqqabı yalayırlar” - Vanetsyan

2021/10/B55B5-1633775677.jpg
Oxunub: 765     15:15     24 Yanvar 2022    
“Hakimiyyət nümayəndələri “Krım naş” ifadəsini çox “gözəl” formada manipulyasiya etdilər”.

Ordu.az xəbər verir ki, bunu rus televiziya şərhçisi Vladimir Solovyova verdiyi müsahibələrdən birində səsləndirdiyi ifadəni şərh edərkən Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan deyib.

O qeyd edib ki, Ermənistan cəmiyyətinin strateji müttəfiqdən böyük gözləntiləri var, lakin qarşılıqlılıq prinsipi vacibdir.

“Böyükdən kiçiyə tələb edirlər ki, Rusiya Federasiyası bizə silah verməlidir, bizi qorumalıdır, maddi yardım etməlidir, mallarımız maneəsiz Rusiyaya getməlidir, satılmalıdır və s. Bəs 44 günlük müharibə zamanı Fransanın bir-iki bəyanatı istisna olmaqla Rusiyadan başqa heç bir ölkə bizim tərəfimizdə dayanmayıbsa, nə etməliyik? Müharibədən sonra Qarabağ əhalisinin təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edir, sərhədlərimizi ruslar qoruyur”, - deyə Vanetsyan qeyd edib.

Ermənistan MTX-nin sabiq direktoru vurğulayıb ki, ölkənin hakimiyyət nümayəndələri Rusiyanın Ermənistanın strateji müttəfiqimiz olduğunu demirlər: “Hakimiyyət nümayəndələri Rusiyanın bizim strateji müttəfiqimiz olduğunu demirlər, amma Paşinyanın təbirincə desəm, Rusiyaya gedərək “ayaqqabı yalayırlar””.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya  


Bizi "telegram"da izləyin