Ermənistanda kim prezident seçilə bilər?

2022/01/49368-1643019221.jpg
Oxunub: 615     15:23     24 Yanvar 2022    
Ermənistanın “iravaban.net” saytı hansı tələblərə cavab verən şəxsin ölkənin prezidenti seçilə biləcəyini təqdim edib.

Ordu.az xəbər verir ki, Ermənistan konstitusiyasının 124-cü maddəsinə əsasən, qırx yaşına çatmış, son altı ildə yalnız Ermənistan vətəndaşı olan, son altı ildə Ermənistanda daimi yaşayan, səsvermə hüququ olan və erməni dilini bilən hər kəs prezident seçilə bilər.

“Eyni şəxs yalnız bir dəfə Ermənistan prezidenti seçilə bilər. Ölkə prezidenti başqa vəzifə tuta, sahibkarlıq fəaliyyəti ilə məşğul ola, ödənişli başqa iş görə bilməz. Ermənistan prezidenti öz səlahiyyətlərini həyata keçirərkən heç bir partiyanın üzvü ola bilməz. Prezident 7 il müddətinə seçilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Prezident  


Bizi "telegram"da izləyin