DSX qaçaqamlçılığa qarşı mübarizəni davam etdirir

2021/10/16219-1633936536.jpg
Oxunub: 821     13:16     24 Yanvar 2022    
İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yanvar ayının 22-də saat 19:45 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçıb, digər qaçaqmalçı isə hadisə yerində saxlanılıb.

Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib, əraziyə baxış zamanı 2 ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram narkotik vasitə və psixotrop həblərə bənzər (16200 qram marixuana, 7444 qram heroin, 3545 qram metamfetamin, 440 qram tiryək və 1680 ədəd metadon-40 həbi) maddələr aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Qaçaqlamçılıq  


Bizi "telegram"da izləyin