Britaniya Ukraynadakı səfirliyinin əməkdaşlarını çıxarmağa başlayıb

2022/01/s960_-1643018516.jpg
Oxunub: 571     14:05     24 Yanvar 2022    
Böyük Britaniya Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarını Kiyevdən geri çağırır.

Ordu.az xəbər verir ki, Böyük Britaniya Rusiyanın Ukrayna sərhədinə qoşun yığması və artan təhlükəyə görə Ukraynadakı səfirliyindən əməkdaşlarını geri çəkməyə başlayıb.

Rəsmilər britaniyalı diplomatlara qarşı konkret təhdidlərin olmadığını, lakin Kiyevdə çalışan işçilərin təxminən yarısının Böyük Britaniyaya qayıdacağını bildirib.

Xarici İşlər Nazirliyindən verilən bəyanatda Britaniyanın Kiyevdəki səfirliyinin fəaliyyətini davam etdirəcəyini vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin