Gürcüstan terrorizmlə mübarizə üzrə milli strategiyasını yeniləyib

2020/10/f0ea0-1601714929.jpg
Oxunub: 534     13:16     24 Yanvar 2022    
Gürcüstanın terrorizmlə mübarizə üzrə yeni milli strategiyası hazırlanıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

Strategiya və fəaliyyət planı hökumətin bugünkü toplantısında təsdiq olunub.

Hökumət başçısı deyib ki, sənədin məqsədi dövləti və cəmiyyəti terrorizm və zorakı ekstremizmin yaratdğı təhlükələrdən qorumaqdır.

Qeyd edək ki, qonşu ölkədə terrorla mübarizə üzrə üçillik mili strategiya 2019-cu ildə qəbul olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Terror  


Bizi "telegram"da izləyin