Ordu.az xəbər verir ki, bu barədə “112 İnternational” xəbər agentliyi məlumat yayıb.
D-30 haubitsaları əvvəlcə Rusiya tərəfindən istehsal edilib və keçmiş Şərqi Almaniya ordusu tərəfindən istifadə edilib. 1990-cı illərdə Almaniyanın yenidən birləşməsindən sonra D-30 haubitsalarının bir hissəsi Finlandiyaya ixrac edilib, onlar da sistemləri 2009-cu ildə Estoniyaya təhvil verib. Əvvəllər istifadə olunmuş 105 mm-lik haubitsaları əvəz etmək üçün 2009-cu ildə Finlandiyadan ümumilikdə 49 D-30 haubitsası alınıb.
“112 İnternational” saytının dərc etdiyi məlumata əsasən, son həftələrdə Estoniya Almaniyanın ixrac qanunvericiliyinin tələb etdiyi kimi, Ukraynaya artilleriya silahı göndərmək üçün Berlindən icazə istəyib. NATO-nun üzvü olmayan Finlandiyanın da Almaniya ilə müqavilə əsasında silah tədarükünə icazə verməsi lazımdır. Finlandiya hökumətinin sözçüsü bu prosedurun Ukraynadakı hazırkı vəziyyətlə heç bir əlaqəsi olmayan sadə rəsmiyyət olduğunu bildirib.
Almaniya isə Ukraynaya silah tədarükünüə icazə verməyib.
Sevinc Əliyeva
Ordu.az