Ordu.az xəbər verir ki, görüntülərdə rus ordusuna aid maşınların nömrə və işarələrinin örtüldüyü görülüb.
Rusiya Silahlı Qüvvələrində hər bir vasitə xüsusi taktiki işarələrə və nömrələrə malikdir. Hazırda Belarus-Ukrayna sərhədinə yaxın ərazidə yerləşdirilən Rusiya maşın və tanklarının işarələri və gövdə nömrələri gizlədilir.
“Defence Blog” nəşri yazıb ki, oxşar taktikadan rus hərbçiləri 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqini işğal edərkən istifadə ediblər.
Rusiya qoşunları Belarusun qərb sərhəddində NATO üzvü olan Polşa və Litva və cənub cinahı yaxınlığında Ukrayna sərhədlərində keçiriləcək “Müttəfiqlərin Qətiyyətli” təlimləri üçün bazar ertəsi Belarusa gəlməyə başlayıb. Təlim çərçivəsində S-400 hava hücumundan müdafiə sistemi də Belarusa göndərilib.
Sevinc Əliyeva
Ordu.az