Türkiyənin GNSS texnologiyası qütbləri fəth edəcək

2022/01/HAVEL-1643009106.jpg
Oxunub: 1022     15:02     24 Yanvar 2022    
Türkiyənin HAVELSAN şirkəti tərəfindən milli resurslarla gəmilər və dəniz platformaları üçün hazırlanmış GNSS texnologiyası (qəbuledici) qütblərdə xidmət göstərəcək.

Ordu.az xəbər verir ki, HAVELSAN-TÜBİTAK Qütb Araşdırmaları Mərkəzi (KARE) əməkdaşlıq görüşləri keçirib və bu GPS sistemindən ilk dəfə Antarktidada milli qütb ekspedisiyasında istifadə etməyə qərar verib.

HAVELSAN-TÜBİTAK Qütb Araşdırmaları Mərkəzi arasında “Texnofest” çərçivəsində cəmi 4 ay əvvəl başlayan əməkdaşlıq və HAVELSAN-ın bu sahədə təcrübəli mühəndislik gücünün səfərbər edilməsi qısa müddət ərzində GNSS məhsulunun inkişafı ilə nəticələnib.

GNSS bu həftənin əvvəlində TÜBİTAK Qütb Araşdırmaları qrupuna təhvil verilib, və həftə sonu keçiriləcək qütb ekspedisiyası üçün proqramlaşdırılıb. HAVELSAN tərəfindən qütb araşdırmalarına xüsusi olaraq əlavə xüsusiyyətlər və avadanlıqlar əlavə edən GNSS qəbuledicisi qütblərdə Türkiyə adına həyata keçiriləcək işlərdə TÜBİTAK KARE komandası tərəfindən istifadə ediləcək.

HAVELSAN-ın GNSS texnologiyası GPS, “Galileo”, “Beidu”, “Glonass”, QZSS kimi bir çox müxtəlif ölkələrin peyklərindən istifadə edərək ərazini hesablamaq və qlobal əhatə dairəsini təmin etmək qabiliyyətinə malikdir. Real vaxtda yer, sürət və zaman məlumatları ilə fasiləsiz iş performansı təqdim edən GNSS qütb missiyasından sonra bir çox gəmidə istifadəyə hazır olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   GNSS  


Bizi "telegram"da izləyin