Erməni ictimai xadim: “Paşinyan İlham Əliyevdən bonus gözləyir”

2022/01/edqar-1643008330.jpg
Oxunub: 1040     19:52     24 Yanvar 2022    
“Nikol Paşinyan İlham Əliyevdən bağlı zərfdə bonus gözləmək haqqına sahibdir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan yazıb.

Onun sözlərinə görə, Rusiya Prezidentinin rəsmi saytında Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığından əlavə, Azərbaycan tərəfinin təşəbbüsü ilə 2022-ci il yanvarın 18-də Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutmuş telefon danışığı barədə məlumat yerləşdirilib.

“Maraqlıdır, telefon danışığı əsnasında, Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi zamanı məmnunluq ifadə olunub ki, xüsusilə KTMT-nin sülhməramlı qüvvələrinin varlığı sayəsində vəziyyəti operativ şəkildə sabitləşdirmək mümkün olub”, - deyə Qazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin