Ermənistan hökuməti 13 yanvar iclasında rezerv qoşununun birinci qrupunda qeydiyyata alınmış sıravi, kiçik gizir və zabit heyətlərinin ehtiyatda olan hərbi qulluqçularının 2022-ci il yanvarın 15-dən aprelin 15-nə qədər 3 aylıq təlim toplanışlarını elan etmək barədə qərar qəbul edib.
Ordu.az xəbər verir ki, qərara əsasən, təlim toplanışına 20-si tibb ixtisaslarına malik olan zabit, 45-i mühəndis ixtisaslarına malik olan sıravi və kiçik gizir heyətlərinin ehtiyatda olan hərbi qulluqçuları olmaqla 65-dək hərbi qulluqçu cəlb olunacaq.
Təlim toplanışlarının təmin edilməsi məqsədilə 3 ay müddətində 2022-ci il yanvarın 15-dən aprelin 15-dək 45-ə qədər hərbi-nəqliyyat təyinatlı nəqliyyat vasitəsi cəlb olunacaq.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Təlim